İyn
2020
15:11
257
25
2023
Virtual karabakh

Bakıda qadını qarət edən keçmiş məhkumlar yaxalandı - FOTO/VİDEO

Yasamal rayonu, Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxslər xanıma yaxınlaşıb, ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər. 

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması araşdırlır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri