İyn
2020
09:32
23
446
6973
Virtual karabakh

Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi

4 İyn, 2020
09:32
6973

Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Alıkənd kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu özünü körpüdən çaya atıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, E.Məmmədov ailəlidir, iki övladı var. Onun uzun müddət Rusiyada yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri