İyn
2020
16:41
20
230
6278
Virtual karabakh

Kürdə burulğana düşənlərin adları bilindi - YENİLƏNİB

Kürdə boğulan şəxslərin adları məlum olub.

Bərdə rayon Nazırlı kənd icra nümayəndəsi Pərviz Əlizadənin Oxu.Az-a verdiyi məlumata görə, bədbəxt hadisə bu gün günorta saatlarında baş verib:

“Dostlar çayda çimərkən suyun burulğan hissəsinə düşüblər. Onlardan Məhəmməd Əliyev, Şəmistan Mustafazadə, Ozal Göyüşov sudan çıxmağı bacarıblar. Hazırda burulğana düşən 18 yaşlı Röyal Mirağazadənin axtarışları davam edir”.

16:28

Bərdədə Kür çayında üzən dörd nəfər burulğana düşüb.

Oxu.Az xəbər verir ki, hadisə çayın rayonun Nazırlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, çayda batma təhlükəsi ilə üzləşən üç nəfər sudan çıxarılıb:

“2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun axtarışları davam etdirilir”.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət
Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri