17 
İyn
2020
09:15
108
12
2203
Virtual karabakh

Bakıda maşın oğurlayan şəxslər ələ keçdi - FOTO/VİDEO

17 İyn, 2020
09:15
2203

Bakıda maşın oğurlayan şəxslər ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən faktla bağlı ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edib.

Nərimanov Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırma zamanı müəyyən edilib ki, onların məqsədi avtomobili qaçırandan sonra sökərək hissələrə ayırıb satmaq olub. Qaçırılan nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. E.Heydərov və M.Qasımovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ-nin 17-Polis Şöbəsinə müraciət edə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri