19 
İyn
2020
15:43
57
273
11562
Virtual karabakh

20 yaşlı Bakı sakini tanışı olan qızı şantaj edərək 1290 manat pul aldı

19 İyn, 2020
15:43
11562

20 yaşlı Bakı sakini tanışı olan qızı şantaj edərək 1290 manat pul aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami və Nərimanov rayon polis idarələrinin əməkdaşları tərəfindən təhdid yolu ilə qəsbkarlıq faktları qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 18-də 1953-cü il təvəllüdlü Nizami rayon sakini Ə.İbrahimov 23-cü Polis Bölməsinə şikayət edərək, bir gün əvvəl həyat yoldaşı ilə birlikdə narkotik aludəçisi olan oğlu R.İbrahimovun hücumuna məruz qaldığını deyib.

R.İbrahimov valideynlərini bıçaqla və zor tətbiq edəcəyi ilə hədələyərək, onlardan narkotikin növbəti dozası üçün pul tələb edib.

Hazırda polis faktı araşdırır.

Nərimanov rayonunda isə 18 yaşlı qız şantajın qurbanı olub.

Bildirilir ki, N.M. 20 yaşlı F.T. ilə tanış olduqdan bir müddət sonra oğlan onu sosial şəbəkədə haqqında məlumatlar yaymaqla hədələyərək, şantaj etməyə başlayıb.

Şantajçı qızdan pul tələb edib. Fevral ayında N.M. ona 1 290 manat pul verib. Lakin oğlan qızı rahat buraxmayıb. Bu dəfə qız hər şeyi anasına danışıb və qadın bu barədə polisə müraciət edib.

Hələlik faktla bağlı həbs olunan yoxdur.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri