20 
İyn
2020
16:50
340
69
5954
Virtual karabakh

Şəkidə narkobaron ələ keçdi - FOTO

20 İyn, 2020
16:50
5954

Şəkidə narkobaron ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan torbada satış məqsədilə saxladığı dörd kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs N.Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib. 

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri