22 
İyn
2020
09:49
27
286
7652
Virtual karabakh

Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü

22 İyn, 2020
09:49
7652

Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 21-də, saat 22 radələrində Suraxanı rayonu ərazisində 1968-ci il təvəllüdlü Teyyub Ramazanovun üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, istintaqla hadisənin zərərçəkmişin qardaşı 1976-cı il təvəllüdlü Teymur Ramazanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. T.Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri