22 
İyn
2020
20:05
23
222
4133
Virtual karabakh

DİN-dən Oğuzdakı yaralanma hadisəsi ilə bağlı AÇIQLAMA

22 İyn, 2020
20:05
4133

DİN-dən Oğuzdakı yaralanma hadisəsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Oğuz rayonunda baş vermiş insidentə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, iki azyaşlı arasında baş vermiş münaqişə zamanı yeniyetmələrdən biri digərinə mismara bənzər dəmirlə xəsarət yetirib.

İki yeniyetmənin münaqişəsi kütləvi xarakter daşımayıb.

RPŞ-da faktla bağlı araşdırma aparılır.

18:40

Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində beş nəfər arasında kütləvi dava olub.

Dava iştirakçılarından biri - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri