23 
İyn
2020
09:54
12
107
2993
Virtual karabakh

46 yaşlı Qobustan sakini amansızlıqla qətlə yetirildi

23 İyn, 2020
09:54
2993

46 yaşlı Qobustan sakini amansızlıqla qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 22-də səhər saat 7 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Bu barədə Oxu.Az-a Qobustan Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla hadisənin Qobustan rayon sakini 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri