26 
İyn
2020
11:32
26
116
2682
Virtual karabakh

Bakıda seyfdən pul oğurladılar

26 İyn, 2020
11:32
2682

Bakıda seyfdən pul oğurladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində oğurluq hadisəsi törədilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Naməlum şəxslər qapı kilidini açaraq, 1941-ci il təvəllüdlü Vaqif Hüseynovun evinə daxil olublar, seyfdən 1 500 manat və 2 100 ABŞ dolları həcmində pul oğurlayıblar. Faktla bağlı heç kim tutulmayıb.

30-cu Polis Bölməsinin əməkdaşları bu istiqamətdə zəruri tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, iyunun 14-də Yasamal rayonunda naməlum şəxslər Mustafa Sübhi küçəsində yerləşən avtoservisdəki seyfi doğrayaraq, oradan 1 600 manat pul oğurlayıblar. Bu cinayətin də üstü hələlik açılmayıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri