16 
İyl
2020
02:16
21
210
3732
Virtual karabakh

Əmircanda dava bıçaqlanma ilə bitib

16 İyl, 2020
02:16
3732

Əmircanda dava bıçaqlanma ilə bitib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Abbasov Nahid Həsən oğlu dava zamanı bıçaq zərbəsi alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol qolunun kəsilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, N.Abbasov çoxlu qan itirdiyindən huşunu itirib.

Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri