20 
İyl
2020
15:13
28
203
6171
Virtual karabakh

Azərbaycanda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

20 İyl, 2020
15:13
6171

Azərbaycanda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 19-da saat 21 radələrində hüquq-mühafizə orqanlarına Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 1995-ci il təvəllüdlü Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla 1988-ci il təvəllüdlü Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Sətdarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri