24 
İyl
2020
20:33
204
36
5369
Virtual karabakh

Bakıda bir qrup insan şirkət rəhbərliyini dələduzluqda ittiham etdi

24 İyl, 2020
20:33
5369

Bakıda bir qrup insan şirkət rəhbərliyini dələduzluqda ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı Azərbaycan vətəndaşı Yasamal rayonu 27-ci Polis Bölməsinə müraciət edərək, “Smart Business Group” konsaltinq şirkətinin rəhbəri A.Əliyevin hiyləsinin qurbanı olduğunu bildirib. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanları tərəfindən məlumat verilib.

Zərərçəkənlərin sözlərinə görə, bu ilin iyununda A.Əliyev sərt karantin rejimi şərtlərində onların Türkiyə ərazisinə girişlərinə tətbiq edilən qadağanı ləğv edəcəyinə və bu ölkəyə uçmaqlarına köməklik göstərəcəyinə söz verib. Şikayətçilər bildirib ki, ümumilikdə şirkət rəhbəri onlardan 8 000 manat və 7 min ABŞ dolları götürüb. A.Əliyev vədlərinə əməl etməyib. 

Hazırda polis bölməsində məlumatlar yoxlanılır. Faktla bağlı hələlik saxlanılan yoxdur. 

Öz növbəsində Oxu.Az-ın müxbiri məsələ ilə bağlı “Smart Business Group” konsaltinq şirkətinin rəhbəri ilə əlaqə saxlamağa çalışıb, lakin telefon sönülü olub. 

Qeyd edək ki, şirkət gömrük sənədlərinin, vizaların, iş, yaşayış və təhsil icazələrinin hazırlanması, habelə Türkiyə və Almaniyanın tanınmış klinikalarında təcrübə keçmə xidmətləri göstərir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri