27 
İyl
2020
17:45
371
33
5902
Virtual karabakh

Astarada meşədə adam öldürməyə cəhd edən gənc həbs edildi

İyulun 21-də Astara rayonu ərazisində 1990-cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Astara Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş vermiş mübahisə nəticəsində Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri