Avq
2020
09:22
70
265
17438
Virtual karabakh

Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

6 Avq, 2020
09:22
17438

Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunda baş verən qətllə bağlı bəzi detallar məlum olub.

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumata görə, 1986-ci il təvəllüdlü Goranboy rayon, Qazançı kənd sakini Zamanov Qərib Əfqan oğlu qeyri-rəsmi münasibətdə yaşadığı Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gülzalı qızını odlu silahdan açılmış atəşlə qətlə yetirib.

Bildirilir ki, silah Q.Zamanovun atasından qalmış ov tüfəngi olub.

Evli olan G.İmanova evli Q.Zamanovla sevgi münasibəti yaşayıb. 

Onun həyat yoldaşından iki övladı var.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri