20 
Avq
2020
19:35
100
437
30300
Virtual karabakh

“Lotu Quli” harda dəfn ediləcək? - AÇIQLAMA

20 Avq, 2020
19:35
30300

“Lotu Quli” harda dəfn ediləcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun harda dəfn ediləcəyi ilə bağlı yeni xəbər yayılıb.

“Haqqın.az” xəbər verir ki, ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” İstanbulda dəfn ediləcək.

Bu barədə mərhumun qardaşı Müşfiq Səlifov açıqlama verib. Kriminal avtoritetin qardaşı bunu ailə üzvlərinin məhz bu şəhərdə yaşamaları ilə izah edib.

Maraqlıdır ki, daha əvvəl onun Bakıda, Bakıxanov qəsəbəsindəki qəbirstanlıqda dəfn ediləcəyi iddia edilmişdi.

Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri