21 
Avq
2020
14:16
64
247
22370
Virtual karabakh

Rusiyalı kriminalist “Lotu Quli”nin öldürülməsindən danışdı

21 Avq, 2020
14:16
22370

Rusiyalı kriminalist “Lotu Quli”nin öldürülməsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı kriminalist Mixail İqnatov “360” saytına verdiyi açıqlamada azərbaycanlı “qanuni oğru” Nadir Səlifov öldürülməsində maraqlı olan tərəfləri açıqlayıb.

“Azərbaycanın cinayətkar dairələri digər ölkələrdə tərəvəz, meyvə və göyərti satan həmvətənlərinə nəzarət edir. Cəfəri, şüyüd və sair göyərti məhsullarından 200-300 faiz gəlir əldə etmək olur. Bu, narkotik ticarətindən gələn gəlirlərlə müqayisə oluna bilər. Lakin bəzən digər ölkələrə göyərti ilə bərabər marixuana və həşiş də keçir”, deyə kriminalist bildirib.

M. İqnatovun sözlərinə görə, “Lotu Quli”in “Dörd fəsil”, “Fud siti” və başqa topdansatış bazarlarına nəzarətə görə Çeçenistan kriminal dairələri ilə konflikt yaşayıb.

“Düşünürəm ki, bu, 2014–2015-ci illərdə başlayan müharibənin davamıdır. Göyərti ticarətinə nəzarət etmək üçün Azərbaycan və Çeçenistan cinayətkar qrupları arasında qarşıdurma var. Bu, çox böyük pullar, aylıq yüz milyonlarla dollarla ölçülən mənfəətdir”, - M.İqnatov təxmin edir.

İqnatov həmçinin 2017-ci ilin oktyabrında, 27 il əvəzinə 23 il həbs cəzası çəkən “Lotu Quli” şərti olaraq azadlığa buraxılmasına münasibət bildirib. 

“Ümumiyyətlə, qanuni oğru şərti olaraq vaxtından əvvəl azadlığa çıxmamalıdır. Azadlığa çıxmaq üçün dövlətə müraciət etmək lazımdır. Oğru qanunlarına görə o, hökumətdən heç bir şey istəməməlidir. Bəlkə sağlamlıqda problemlərə görə azadlığa çıxıb? Amma mən eşitməmişəm ki, qanuni oğrular cəzadan şərti olaraq vaxtından əvvəl azad olsunlar”, M. İqnatov çaşqınlıq içində fikrini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri