27 
Avq
2020
16:50
101
378
25780
Virtual karabakh

“Lotu Quli”nin kriminal imperiyasına kimin rəhbərlik etdiyi bəlli oldu - FOTO

27 Avq, 2020
16:50
25780

“Lotu Quli”nin kriminal imperiyasına kimin rəhbərlik etdiyi bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə Türkiyədə öldürülən Nadir Səlifovun (“Lotu Quli”) kriminal imperiyasına onun kiçik qardaşı 44 yaşlı “qanuni oğru” Namiq Səlifov (Bakinskiy) rəhbərlik etməyə başlayıb.

Bu barədə “Novaya qazeta” xəbər yayıb. 

Bildirilib ki, Namiq Səlifov öldürülən qardaşının işlərini qəbul edib. Tərəvəz bazarlarının tacirləri artıq ona xərac verməyə başlayıblar.

Böyük qardaşı Nadirlə birlikdə həbs olunan Namiqə 1996-cı ilin oktyabrında Azərbaycan Ali Məhkəməsi tərəfindən hökm oxunub: Nadir 15 (sonradan müddət 2021-ci ilə qədər uzadıldı), Namiq isə 27 il azadlıqdan  məhrum edilib. Ancaq hər iki qardaş vaxtından əvvəl sərbəst buraxılıb.

Namiq 2001-ci ilin aprelinə qədər azadlığa çıxıb və 2013-cü ildə İstanbulda “qanuni oğru” adını alıb.

22 il həbsdən sonra - 2017-ci ilin payızında Nadir Səlifov sərbəst buraxılıb. O, hələ həbsdə ikən Rusiyadakı tərəvəz bazarlarının əksəriyyətinə nəzarəti ələ keçirib.

Nadir Səlifova ilk olaraq Sverdlovsk vilayətinin tacirləri xərac veriblər. Sonradan isə o, Sibir və Rusiyanın cənubundakı bazarları nəzarətə götürüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri