31 
Avq
2020
17:24
26
230
2786
Virtual karabakh

Bakıda evdən 45 min dollarlıq parça oğurlandı

31 Avq, 2020
17:24
2786

Bakıda evdən 45 min dollarlıq parça oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda mənzildən külli miqdarda və qeyri-standart oğurluq edilib. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, cinayətkarlar qapının kilidini qıraraq 2-ci Alatava küçəsində yaşayan 1959-cu il təvəllüdlü biznesmen Eyvaz Qasımovun mənzilinə girib, ümumi dəyəri 45 000 dollar (76 500 AZN) olan 200 rulon bahalı parça aparıblar.

29-cu Polis Bölməsinin əməkdaşları oğurluq hadisəsinin araşdırılması ilə məşğul olublar.

Əldə edilən məlumata görə, əməliyyatçılar oğurluqda əsas şübhəli bilinən şəxsi artıq müəyyənləşdiriblər. O, hələ tutulmayıb, amma bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, polis oğurlanmış və gizlədilmiş rulonların bir hissəsini tapa bilib.

Məlum olub ki, cinayətkar oğurluğu törətmək üçün yük maşınından və yükləmə işində ona kömək edən bir neçə nəfərdən istifadə edib. Cinayətdə əli olan digər şəxslərin kimliyi müəyyənləşdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri