Sen
2020
12:35
5
157
1684
Virtual karabakh

Ağstafada 31 yaşlı kişi ürəyindən bıçaqlandı

1 Sen, 2020
12:35
1684

Ağstafada 31 yaşlı kişi ürəyindən bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsindəki “Yaşıl məkan” kafesinin qarşısında rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Nəsibov tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun ürək nahiyəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köçəsgər kənd sakini, 1979-cu il təvəllüdlü Qalib Fərəcov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri