Sen
2020
17:50
186
20
2360
Virtual karabakh

Bakı sakinindən külli miqdarda heroin götürüldü

7 Sen, 2020
17:50
2360

Bakı sakinindən külli miqdarda heroin götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində iki kiloqram yarım heroin götürülüb.

Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əməliyyatçılar Mirmahmud Kazimovski küçəsində yaşayan 1981-ci il təvəllüdlü Elman Babayevi saxlayıblar.

Onun mənzilində aparılan axtarış zamanı 2 kq 460 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxsin üzərindən psixotrop dərman - metamfetamin də tapılıb. Narkotik maddələrin satış üçün nəzərdə tutulduğu müəyyən edilib.

Bundan əvvəl E. Babayev qanunsuz narkotik alveri ittihamı ilə məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, son bir gündə daxili işlər orqanlarının paytaxt bölmələri tərəfindən qanunsuz narkotik ticarəti ilə bağlı 10 hadisə qeydə alınıb.

Ramella İbrahimxəlilova                

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri