14 
Sen
2020
00:26
53
242
13980
Virtual karabakh

Astarada gəlin qayınatasını bıçaqlayıb

14 Sen, 2020
00:26
13980

Astarada gəlin qayınatasını bıçaqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb.

Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir. 

Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, onun yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Artıq polis əməkdaşları tərəfindən saxlanılan A.Axundova törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri