17 
Sen
2020
14:54
210
507
17419
Virtual karabakh

“Lotu Quli”nin qardaşı varis elan edildi

17 Sen, 2020
14:54
17419

“Lotu Quli”nin qardaşı varis elan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə qətlə yetirilmiş məşhur “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) doğma qardaşı olan, “Namiq Bakinski” ləqəbi ilə tanınan Namiq Səlifov qardaşının varidatının varisi elan edilib.

Bu barədə “Prime Crime” məlumat yayıb.

Mənbə yazır ki, kriminal dairələrin iki nüfuzlu şəxsi Merab Mzerelua ilə Masi Qvaramiyanı barışdırmağı bacaran Namiq Səlifovun nüfuzu artıb və o, kriminal aləmin qeyd-şərtsiz lider statusuna yüksəlib.

Qardaşı “Lotu Quli”dən fərqli olaraq Namiq Səlifov böyük “sxodka”larda iştirak etməyib, bir çox avtoritetlərlə şəxsən tanış deyil.

O, danışıqlara meyilli şəxs kimi tanınır. Namiq Səlifov Ural bölgəsində ciddi təsir imkanlarına malikdir.

Üstəlik heç bir şəxs onun əlində olan imkanlara sahib deyil.

Xatırladaq ki, Namiq Səlifov 2001-ci ilin aprel ayında azadlığa çıxıb və 2013-cü ildə İstanbulda “qanuni oğru” adını alıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri