21 
Sen
2020
00:06
12
190
2432
Virtual karabakh

Xətai rayonunda iki nəfəri vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı

21 Sen, 2020
00:06
2432

Xətai rayonunda iki nəfəri vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Minik avtomobili motosikletlə hərəkətdə olan 1998-ci il təvəllüdlü Həsənov Əhməd Sadiq oğlu və 1992-ci il təvəllüdlü Salmanov Zahir Qadir oğlunu vurub. Nəticədə hər iki gənc müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Z.Salmanovun sözlərinə görə, onları vuran sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri