15 
Noy
2020
23:50
17
527
4071
Virtual karabakh

Abşeronda qardaş qardaşı bıçaqladı

15 Noy, 2020
23:50
4071

Abşeronda qardaş qardaşı bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Qardaşlar arasında düşən dava sonda 23 yaşlı Qənizadə Mehman Xələf oğlunun bıçaqlanması ilə bitib.

Təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralı həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onda qarının ön divarının daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri