16 
Noy
2020
13:04
332
21
5963
Virtual karabakh

DİN-dən Sumqayıt və Abşeronda böyük əməliyyat: Tutulanlar var - FOTO/VİDEO

16 Noy, 2020
13:04
5963

DİN-dən Sumqayıt və Abşeronda böyük əməliyyat: Tutulanlar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Rza Quliyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 6 qram qurudulmuş  marixuana, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən evinə baxış zamanı isə bir kiloqrama yaxın marixuana, 46 qram həşiş, satışı qadağan edilən 10 ədəd tramadol həbi, bir ədəd elektron tərəzi, həmçinin, müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi, 35 ədəd patron və bir ədəd süngü bıçağı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elnur İbrahimov tutulub. Onun üzərinə baxış zamanı 1 kiloqram 10 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Elnur İbrahimov ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini etiraf edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri