23 
Noy
2020
14:20
29
204
1311
Virtual karabakh

Narkotiklə tutulan şəxsin evindən odlu silah tapıldı

Saatlıda narkotiklə saxlanılan şəxsin evindən odlu silah tapılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 200 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron da götürülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri