Dek
2020
19:05
966
137
24448
Virtual karabakh

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi

4 Dek, 2020
19:05
24448

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb.

APA Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 3-də Şərur rayonunda yerləşən “Siyaqut” şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən video paylaşılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər. Toy məclisinin təşkilatçısı - şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu, toy sahibi və məclisdə iştirak edənlər saxlanılaraq Şərur Rayon Polis şöbəsinə gətiriliblər.

Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və ictimai qınaqlara məhəl qoymayan məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.

Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri