Dek
2020
11:49
310
22
5507
Virtual karabakh

Narkotacir “Rəmiş” Gəncədə tutuldu - FOTO

5 Dek, 2020
11:49
5507

Narkotacir “Rəmiş” Gəncədə tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə narkotik alan və satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq, Şəhər Baş Polis İdarəsinə gətirilib və onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T.Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib.

Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 25 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, narkotacir Gəncədə “Rəmiş” ləqəbli ilə tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri