Dek
2020
15:39
21
396
2258
Virtual karabakh

Lənkəran sakini qohumunun evindən oğurluq etdi

5 Dek, 2020
15:39
2258

Lənkəran sakini qohumunun evindən oğurluq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini N.Rəsulova məxsus yaşayış evindən ümumi dəyəri 1 150 manat olan televizor, müşahidə kamerasının yaddaş aparatı, su motoru və anten aparatının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Aşağı Nüvədi kənd sakini M.Dadaşov olduğu müəyyən edilib.

Oğurlanmış əşyalar həmin şəxsdən aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri