Dek
2020
15:53
32
522
9555
Virtual karabakh

Bakıda kişi dəhşət saçdı: Əvvəl oğlu və gəlinini, sonra özünü baltaladı

5 Dek, 2020
15:53
9555

Bakıda kişi dəhşət saçdı: Əvvəl oğlu və gəlinini, sonra özünü baltaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kişi oğluna və gəlininə balta ilə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib.

Bundan sonra qayınata özünə də balta ilə xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. 

Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri