22 
Dek
2020
12:12
31
131
2876
Virtual karabakh

Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb

22 Dek, 2020
12:12
2876

Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əczaçılıq şirkətinin nümayəndəsi 156 min manat mənimsəməkdə ittiham olunub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

“Azfarma Dərman Sənaye LTD” şirkəti hesabda 156 min manat kəsir olduğunu görüb və bu barədə Nərimanov rayon 16-cı polis bölməsinə məlumat verib.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu ilin avqust ayında satış mütəxəssisi İ.T. (1973-cü il təvəllüdlü) göstərilən miqdarda dərmanı satmış və gəliri mənimsəmişdir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.T.-nin göstərilən cinayətdə iştirakını yoxlayırlar.

Şübhəli hələ tutulmayıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri