Yan
2021
21:08
394
96
7307
Virtual karabakh

Bakıda oğurluq etmək istədiyi evin sahibindən qaçan oğru gölməçəyə düşərək boğulub

4 Yan, 2021
21:08
7307

Bakıda oğurluq etmək istədiyi evin sahibindən qaçan oğru gölməçəyə düşərək boğulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinayətkarın növbəti oğurluq etmək cəhdi faciə ilə bitib: evin sahibindən qaçan oğru gölməçəyə tullanıb və boğularaq həlak olub.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə yanvarın 1-də, saat 06:30 radələrində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Yerli sakin (1971-ci il təvəllüdlü) Q.Əsgərov “102” xidmətinə zəng vuraraq naməlum şəxsin onun evindən oğurluq etməyə çalışdığını söyləyib.

Evin sahibi oğrunu pəncərənin barmaqlıqlarını qırmaq istəyərkən görüb.

Q.Əsgərov oğrunu gödəkçəsindən tutsa da, o, ev sahibinin əlindən çıxaraq qaçmağı bacarıb. Qamışlıqda gizlənmək istəyən oğru gölməçəyə tullanıb, lakin oradan çıxa bilməyib.

Q.Əsgərov “112” xidməti ilə əlaqə saxlayaraq, boğulan adama kömək etmələrini istəyib.

Tezliklə hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gənc oğlanın cəsədini sudan çıxarıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, boğulan şəxsin şəxsiyyəti artıq müəyyənləşib, o, əvvəllər də oğurluq əməlinə görə həbsə məhkum olunmuş 1995-ci il təvəllüdlü Murad Səfərovdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət əsnasında ev sahibi Q.Əsgərov oğurluğa gələn şəxsi döymək niyyətində olmadığını, onu yalnız polisə təslim etmək istədiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri