11 
Yan
2021
13:18
71
82
1765
Virtual karabakh

Yevlax sakininin maşınında narkotik maddə aşkarlandı

11 Yan, 2021
13:18
1765

Yevlax sakininin maşınında narkotik maddə aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayon sakinin maşınından narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı 3 kiloqram 135 qram marixuana, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri