15 
Yan
2021
10:12
88
11
1434
Virtual karabakh

Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

15 Yan, 2021
10:12
1434

Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayonunda kürəkənini bıçaqlamaqda təqsirləndirilən Rafael Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında rayonun Qovlarsarı kəndində baş verib.

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Həsənov mübahisə zəminində 1973-cü il təvəllüdlü qayınatası Rafael Ələkbərov tərəfindən bıçaqlanıb.

R.Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri