18 
Yan
2021
15:00
169
20
1907
Virtual karabakh

Ağdaş və Mingəçevir sakinlərindən narkotik vasitə götürülüb

18 Yan, 2021
15:00
1907

Ağdaş və Mingəçevir sakinlərindən narkotik vasitə götürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Ə.Süleymanov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 460 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini R.Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada çəkisi 475 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı polis şöbələrində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri