25 
Yan
2021
13:18
122
10
1703
Virtual karabakh

Ağstafa sakinindən narkotik vasitə götürülüb - FOTO

25 Yan, 2021
13:18
1703

Ağstafa sakinindən narkotik vasitə götürülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ), Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

S. Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan bir ədəd sellofan torbada altı ədəd plastik qabda ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6 000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərdiyini bildirib. Hazırda S. Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri