15 
Fev
2021
13:30
162
30
2016
Virtual karabakh

Cəlilabad sakininin evindən beş kiloqramdan artıq narkotik maddə aşkarlandı

15 Fev, 2021
13:30
2016

Cəlilabad sakininin evindən beş kiloqramdan artıq narkotik maddə aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində beş kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb. Yaşadığı evə keçirilən baxış zamanı ona məxsus ayrı-ayrı bağlamalarda 4 kiloqram 280 qram narkotik vasitə heroin, 1 kiloqram 225 qram psixotrop maddə metamfetamin, 96 qram həşiş qətranı, üzərində “M-40” yazılmış 39 ədəd metadon həbi və iki ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri