15 
Fev
2021
13:54
186
17
2771
Virtual karabakh

Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlandı - FOTO/VİDEO

15 Fev, 2021
13:54
2771

Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub. Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən qaçıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, idarə etdiyi “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Sabunçu RPİ-nin əməkdaşları tərəfindən həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş vətəndaş Ramiz Ağaverdiyev Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən iki qramdan artıq narkotik vasitə heroin aşkar edilib. Sorğu zamanı R.Ağaverdiyev yaşadığı evin yaxınlığında ona məxsus külli miqdarda heroin gizlətdiyini bildirib. Qeyd edilən ünvana baxış zamanı oradan ümumi çəkisi iki kiloqramdan artıq olan heroin aşkar edilərək götürülüb. 

Araşdırma zamanı müəyyən olunub ki, R.Ağavediyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə vasitəçilik edib. R.Ağavediyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. Qeyd edilən sonuncu faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri