20 
Fev
2021
23:40
184
40
4452
Virtual karabakh

Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır

20 Fev, 2021
23:40
4452

Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlayıb və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib.

Açıqlamada deyilir:

“Çox təəssüf ki, qeyd olunan hadisə hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş və qeyd edilmişdir ki, aparılan ilkin istintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən (860) QAYNAR XƏTTƏ müraciət etmələrini xahiş edir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri