22 
Fev
2021
15:53
28
149
2185
Virtual karabakh

“Sədərək” ticarət mərkəzində fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı

22 Fev, 2021
15:53
2185

“Sədərək” ticarət mərkəzində fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayon prokurorluğu “Sədərək” ticarət mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat yayıb. 

Bildirilib ki, hadisə fevralın 20-də saat 14 radələrində baş verib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, “Sədərək” TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri