23 
Fev
2021
16:48
219
15
3289
Virtual karabakh

DSX-dan əməliyyat: Beyləqanda narkotacir saxlanıldı - FOTO

23 Fev, 2021
16:48
3289

DSX-dan əməliyyat: Beyləqanda narkotacir saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, 22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında bir nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib. Həmin şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib,. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi dörd kiloqram 74 qram narkotik vasitəyə (üç kiloqram 520 qram “tiryək”, 554 qram “marixuana”, 200 ədəd “metadon-40” həbi) bənzər maddə və 50 qutu “mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri