25 
Fev
2021
17:36
150
16
1687
Virtual karabakh

Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü - FOTO

25 Fev, 2021
17:36
1687

Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov tutularaq polis şöbəsinə gətirilib.

Davam etdirilən araşdırmalarla B.Səfərovun fərdi yaşayış evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri