28 
Fev
2021
23:39
34
177
2226
Virtual karabakh

Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

28 Fev, 2021
23:39
2226

Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samuxda iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs 50 yaşlı Asəf Muradov tanışı Elçin Məmmədovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman A.Muradov E.Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Dava zamanı onları ayırmaq istəyən Eldəniz Həsənov da bıçaqlanıb. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

23:01

Samux rayonunda iki nəfər mübahisə zəminində bıçaq xəsarəti alıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Samux rayon sakinləri, 37 yaşlı Elçin Məmmədov və 45 yaşlı Eldəniz Həsənov mübahisə zəminində bıçaqlanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri