Mar
2021
09:34
128
12
2431
Virtual karabakh

Cəlilabad sakinlərindən silah-sursat və narkotik maddə aşkarlandı - FOTO/VİDEO

1 Mar, 2021
09:34
2431

Cəlilabad sakinlərindən silah-sursat və narkotik maddə aşkarlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayon sakinləri silah-sursat və narkotik maddə ilə saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və üç ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, iki ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid dörd ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri