29 
Mar
2021
10:27
4
82
3622
Virtual karabakh

Prokurorluq Qobustandakı dəhşətli qətllə bağlı məlumat yaydı

29 Mar, 2021
10:27
3622

Prokurorluq Qobustandakı dəhşətli qətllə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 28-də saat 18 radələrində Qobustan rayonu ərazisində 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qobustan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hadisədən sonra Elnur Rəsulov özünə bıçaqla xəsarətlər yetirib və hazırda o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.

Faktla bağlı Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri