29 
Mar
2021
12:36
16
134
4168
Virtual karabakh

Qeyri-adi oğurluq planı: İcarəyə götürdükləri maşınlarla oğurluq etdilər - FOTO

29 Mar, 2021
12:36
4168

Qeyri-adi oğurluq planı: İcarəyə götürdükləri maşınlarla oğurluq etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzəndə oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub. 

Daxil olmuş müraciətlərlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən üç nəfər Bakı şəhər sakini – Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıb.

Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, obyektlərə qanunsuz daxil olduqlarını, oğurluq yolu ilə əldə etdikləri qənimətləri isə icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. 

Faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri