12 
Apr
2021
14:36
9
135
1271
Virtual karabakh

Bakı və Abşeronda evlərdən 11 min manatlıq oğurluq edilib

Bakı və Abşeronda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlanıb. Sabunçu polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisindəki üç evdən ümumilikdə 4 ədəd televizor, 2 ədəd kondisioner, 2 ədəd su mühərriki, 1 ədəd çadır, 1 ədəd samovar, 5000 manat dəyərində 2 ədəd xalça, 4 ədəd tikiş maşını, 1 ədəd qəlyan, 1 750 manat dəyərində məişət əşyaları, habelə N.Fətəliyevin evindən İJ-43 markalı ov tüfəngi, məişət əşyası, təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri