15 
Apr
2021
12:42
93
13
2474
Virtual karabakh

Gədəbəydə keçmiş arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

15 Apr, 2021
12:42
2474

Gədəbəydə keçmiş arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəydə keçmiş həyat yoldaşını qəsdən öldürmək istəyən kişi barədə cinayət işi açılıb.

Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, 25 sentyabr 2020-ci il tarixində saat 19 radələrində Gədəbəy rayonu, Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri