16 
Apr
2021
17:21
181
29
3597
Virtual karabakh

Azərbaycanda insan alverinə görə neçə cinayətkar qrup zərərsizləşdirilib?

16 Apr, 2021
17:21
3597

Azərbaycanda insan alverinə görə neçə cinayətkar qrup zərərsizləşdirilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycanda məcburi əməyə cəlb edənlər və insan alveri ilə məşğul olan yeddi nəfərdən ibarət üç cinayətkar qrup zərərsizləşdirilib.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bildirilib.

Bildirilib ki, axtarışda olan 23 nəfərdən 10-u tutulub. Xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində hazırda lazımi tədbirlər görülür.

İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib.

İttiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İki nəfər şərti məhkum olunub, bir nəfərin cəzası təxirə salınıb.

Qeyd edək ki, sənəd Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri